Kiyev Rusiyanın nizamlanma memorandumunu öyrənəcək və orada göstərilən müddəalara cavab verəcək.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

“Rusiyanın sənədinə gəlincə, biz əvvəlcə onunla tanış olmalı və onu dəyərləndirməliyik. Əmin olun, bu sənədə münasibətimizi bölüşəcəyik”, - o deyib.

Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov isə bildirib ki, Rusiyanın memorandumu ilə tanış olmaq üçün Ukrayna nümayəndə heyətinin bir həftə vaxtı olacaq.