Lionel Messi və Luis Suares ABŞ-nin "İnter Mayami" klubunun heyətində dubl ediblər.

"Sizinxeber.az"un məlumatına görə, hər iki oyunçu MLS-də "Montreal"a qarşı keçirdikləri oyunda iki qol vurublar.

Messi 27 və 87-ci, Suares 68 və 71-ci dəqiqədə rəqib qapısına yola tapıb.

Qeyd edək ki, qarşılaşma "İnter Mayami"nin 4:2 hesablı qələbəsi ilə bitib.