Ermənistan Xarici İşlər Nazirliyində (XİN) ölkənin xarici işlər naziri Ararat Mirzoyan və onun fransalı həmkarı Jan-Noel Barro arasında təkbətək görüş keçirilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
O qeyd edib ki, görüş XİN başçıları arasında qapalı məsləhətləşmələr formatında keçirilib.
14:06
Fransanın xarici işlər naziri Jan-Noel Barro Ermənistanda rəsmi səfərdədir.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkədə yazıb.