21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir.

Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə nümayəndə heyəti İSESKO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik və Təhsil sektorunun rəhbəri Haddy Jatou Sey ilə görüşüb.

Görüşdə elm və təhsil sahələrində mövcud əməkdaşlıq məsələləri müzakirə olunub, bu istiqamətlərdə birgə təşəbbüslərin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.