Ermənistanın müdafiə naziri Suren Papikyanın İranın Müdafiə və Silahlı Qüvvələrin dəstəyi naziri, briqada generalı Əziz Nəsirzadə ilə təkbətək görüşü olub.
“Report” bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Təkbətək görüşdən sonra nümayəndə heyətləri geniş tərkibdə bir araya gəlib.
Həmsöhbətlər regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunublar.