"Kəpəz" Futbol Klubu rumıniyalı baş məşqçi Mirça Redniklə danışıq aparmayıb.

Bu barədə "Sizinxeber.az"a müsahibəsində Gəncə təmsilçisinin İdarə Heyətinə yeni sədr seçilən Namiq Qədirov bildirib.

O, yayılan xəbərləri şayiə adlandırıb:

"Tam məsuliyyətlə deyə bilərəm ki, bizim onunla heç bir əlaqəmiz olmayıb, heç bir danışıq da aparılmayıb. Bu, sadəcə, şayiədir".

Namiq Qədirovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.