Bakının Xətai rayonunda avtomobildən 9 min 900 manat oğurlanıb.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli  törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı X.Mustafayev saxlanılıb. 

Araşdırma aparılır.