Liviyanın paytaxtında baş vermiş toqquşmalar nəticəsində azı altı nəfər yaralanıb.
“Report” xəbər verir ki, bunu Liviya təcili yardım xidmətinin nümayəndəsi Qətərin “Al Jazeera” telekanalına açıqlayıb.
Mənbə onların təhlükəsizlik qüvvələrinin əməkdaşları, yoxsa mülki şəxslər olduğunu aydınlaşdırmayıb.
Liviyanın paytaxtı Tripolidə atəş səsləri eşidilməyə başlanıb.
“Report” xəbər verir ki, bu barədə məlumat yayıb.
“Paytaxt Tripolidə Dəstək və Sabitləşdirmə İdarəsinin rəhbəri Əbdülqəni əl-Kiklinin ölümü barədə məlumatlar fonunda vaxtaşırı atışma səsləri eşidilməyə davam edir”, – telekanal qeyd edib.
Bildirilib ki, Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəsmi nümayəndəsi Malik Marsit telekanala açıqlamasında münaqişə zonalarına yaxın ərazilərdə yaşayan sakinləri evdə qalmağa və mümkün qədər ehtiyatlı olmağa çağırıb.
Öz növbəsində, Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi də Tripoli vətəndaşlarını öz təhlükəsizlikləri naminə evlərində qalmağa .
Bundan başqa, paytaxtın Mitiqa hava limanının fəaliyyəti dayandırılıb.