Nigeriyanın mərkəzində yerləşən Benue ştatında baş verən silahlı hücumlar nəticəsində ən azı 23 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisələr şənbə günü dörd kənddə baş verib.

Agentlik qeyd edir ki, Nigeriyanın mərkəzi bölgəsində köçəri maldarlıqla məşğul olanlar ilə fermerlər arasında torpaq uğrunda tez-tez qarşıdurmalar baş verir.