İran hakimiyyəti sanksiyaların ləğvi müqabilində nüvə proqramını daha şəffaf etməyə hazırdır.

“Sizinxeber.az” SNN TV-yə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacərani bu gün keçirilən mətbuat konfransında bildirib.

"Biz sanksiyaların ləğvi müqabilində nüvə proqramına daha çox etimad yaratmağa çalışacağıq", - o qeyd edib.

Onun sözlərinə görə, sanksiyaların ləğvi ölkə vətəndaşlarının rifahına müsbət təsir göstərəcək.