"ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İran məhv ediləcək".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
"Sizə bir söz deyim: İranla bağlı məsələ çox qısa zamanda həllini tapacaq. Bu və ya digər şəkildə: onlar ya hər şeyi bizə təslim edəcəklər, ya da mövcudluqlarına son qoyulacaq. Və onlar bunu yaxşı bilirlər", - deyə Ağ Ev rəhbəri sərt açıqlama verib.