Rusiya Silahlı Qüvvələrinin Xarkova ballistik raketlə hücumu nəticəsində yaralananların sayı 74 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Xarkov vilayət prokurorluğunun məlumatına görə, Osnovyansk rayonuna üç "İskəndər" ballistik raketi atılıb. 

10:13

Rusiya Silahlı Qüvvələrinin Xarkova ballistik raketlə zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, 57 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Xəsarət alanlardan beşi uşaqdır.

Xarkov vilayət dövlət administrasiyasının sədri Oleq Sinequbov bildirib ki, zərbə Osnovyansk rayonunda çoxmənzilli yaşayış binalarına endirilib.

Məlumata görə, dağıntılar altında insanların qalması ehtimal olunur.