Rusiya Silahlı Qüvvələrinin Xarkova ballistik raketlə zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, 57 nəfər yaralanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Xəsarət alanlardan beşi uşaqdır.

Xarkov vilayət dövlət administrasiyasının sədri Oleq Sinequbov bildirib ki, zərbə Osnovyansk rayonunda çoxmənzilli yaşayış binalarına endirilib.

Məlumata görə, dağıntılar altında insanların qalması ehtimal olunur.