Çinin "Şjetszyan" klubunun futbolçusu Aaron Bupendza vəfat edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin NTV nəşri məlumat yayıb.

28 yaşlı qabonlu hücumçunun binanın 11-ci mərtəbəsindən yıxılaraq həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Aaron Bupendza 2020/2021 mövsümündə Türkiyənin "Hatayspor" klubunun formasını geyinib.