Yevlax rayonunda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax rayonu Xanabad kənd ərazisində qeydə alınıb.

Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə 10-a yaxın sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.