Mərakeşin hava limanlarından birində təyyarə uğursuz eniş edib.

Sizinxeber.az xəbər verir ki, təyyarə eniş zamanı uçuş zolağından çıxıb və xəsarət alan üç ekipaj üzvü xəstəxanaya yerləşdirilib.

Təyyarədə sərnişinlərin olub-olmadığı barədə məlumat verilmir, lakin itkilərin olmadığı iddia edilir.

Hadisənin səbəbləri məlum deyil.