Cənubi Koreyanın Konstitusiya Məhkəməsi ədliyyə naziri Pak Son Çjenin impiçmentini rədd edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Konstitusiya Məhkəməsinə istinadən məlumat yayıb.

Məhkəmə, ədliyyə nazirinin 2024-ci ilin sentyabrında parlamentin sorğusuna cavab olaraq sənədləri təqdim etməməsini qanun pozuntusu hesab edib. Lakin bu onun vəzifədən kənarlaşdırmağa əsas verməyib.

Qeyd edək ki, dekabrın 12-də parlamentin 300 deputatından 195-i ədliyyə nazirinin impiçmenti lehinə səs verib. Parlament naziri "prezidentin qiyamında iştirakda" ittiham edib.