Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan bu layihə üzərində birlikdə işləyir: “Yaşıl dəhlizin qlobal mövqeyə sahib olacağına əminik, Türkiyə olaraq biz regiona və əməkdaşlığa dəstəyimizi davam etdirəcəyik”.
Nazir qeyd edib ki, Türkiyə regional əməkdaşlığa çox böyük əhəmiyyət verir: “Bakı-Tbilisi-Ceyhan, TANAP vasitəsilə biz enerji təhlükəsizliyinin bütün region üçün vacibliyini göstərdik. Biz Azərbaycan və digər partnyorlarla əməkdaşlıq etməyə, həmçinin yaşıl enerjinin ötürülməsi sahəsində işləməyə hazırıq”.