Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.

1986-cı il təvəllüdlü Ramin Həsənov "Kia Rio" markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında beton dirəyə çırpılıb və daha sonra eyni istiqamətdə hərəkətdə olan 1997-ci il təvəllüdlü Elman Cəbrayılovun idarə etdiyi idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan Həsənov Ramin xəstəxanaya çatdırılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.