Ermənistanda 5,1 maqnitudalı zəlzələ baş verib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
İlkin məlumata görə, zəlzələnin episentri Ermənistanda, Gürcüstan sərhədindən 45 kilometr məsafədə, Tbilisi vaxtı ilə saat 09:26-da qeydə alınıb.
Güclü yeraltı təkanlar Gürcüstanda da hiss olunub.
Səid Babazadə
***
10:02
Ermənistanın Spitak şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ baş verib.
Sizinxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ martın 8-də saat 09:26-da Spitak şəhərindən 6 kilometr şimal-şərqdə ərazi seysmik mühafizə xidməti tərəfindən qeydə alınıb.
Xatırladaq ki, 7 dekabr 1988-ci ildə Ermənistanın şimalındakı Spitak şəhərində 7 bal gücündə zəlzələ baş verib.