Prezident Donald Tramp çərşənbə axşamı gecə yenidən tanış iddiasını səsləndirib – guya digər ölkələrdəki “ruhi xəstəxanalar və dəlixanalardan” insanları ABŞ-a miqrant kimi göndəriblər. Lakin bu iddianı təsdiqləyən heç bir sübut yoxdur və Trampın öz seçki kampaniyası belə bunu təsdiqləyə bilməyib. (Seçki kampaniyası, hətta Cənubi Amerika ölkələrinin xüsusi olaraq ruhi xəstəxanalarını boşaldıb, xəstələri ABŞ-a yönləndirdiyi ilə bağlı daha dar çərçivədə iddiaya belə dəlil təqdim edə bilməyib.

Sizinxeber.Az xəbər verir ki,  bu barədə "CNN" telekanalı məlumat yayıb.

Tramp bəzən bu iddianı dəstəkləmək üçün qlobal həbsxana əhalisinin azaldığını iddia edib. Lakin bu da səhvdir. Birləşmiş Krallıqda ekspertlər tərəfindən tərtib edilən Dünya Həbsxana Əhalisi Siyahısına görə, 2021-ci ilin oktyabrından 2024-cü ilin aprel ayına qədər qlobal həbsxana əhalisi artaraq təxminən 10.77 milyon nəfərdən 10.99 milyon nəfərə yüksəlib.

Londondakı Birkbek Universitetinin Cinayət və Ədliyyə Siyasəti Araşdırmaları İnstitutunun tədqiqatçısı və həbsxana əhalisi siyahısının həmmüəllifi Helen Fair 2024-cü ilin iyununda Tramp bu iddianı yenidən səsləndirərkən belə bir açıqlama verib: “Mən hər gün dünyada həbsxanalarla bağlı xəbərləri izləyirəm və hər hansı bir ölkənin həbsxanalarını boşaldıb məhbusları ABŞ-a göndərdiyinə dair heç bir sübut görməmişəm.”

Mənbə: CNN-in Daniel Deil və Heyli Britski