Sistan və Bəlucistan vilayətində İran təhlükəsizlik qüvvələri ilə “Ceyş əl-Zalm” arasında şiddətli toqquşmalar baş verib.

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.


Bildirilib ki, Çabaharda baş verən toqquşmalarda “Ceyş əl-Zalm” qruplaşmasının 6 üzvü saxlanılıb, biri isə öldürülüb.