Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ş.Quliyev, 1990-cı il təvəllüdlü F.Quliyeva və 2013-cü il təvəllüldü F.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir.

Onların qidadan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.