Elm və təhsil naziri Emin Əmrullayev İstanbul Okan Universitetinin təsisçisi Bekir Okan və İdarə heyətinin üzvü, Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç ilə görüşüb.

Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində elm və ali təhsil sahəsində ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.