Müasir dövrdə qlobal ticarət axınlarının səmərəli təşkili üçün gömrük xidmətləri arasında kordinasiyanın sürətlənməsində rəqəmsallaşma mühüm prioritetlərdən biridir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.

O bildirib ki, gömrük işi sahəsində əlaqələndirilmənin gücləndirilməsi, inteqrasiyanın dərinləşməsi istiqamətində reallaşan layihələrdən biri də Sadələşdirilmiş Nəqliyyat Dəhlizidir. Sözügedən təşəbbüs regionda ticarətin genişlənməsi, iqtisadi əlaqələrin möhkənlənməsi nöqteyi nəzərindən strateji əhəmiyyət daşıyır.