“Steadfast Dart” təlimində 10 mindən çox NATO hərbçisi iştirak edəcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə alyansın “X” hesabında məlumat verilib.

“Təlim NATO-nun istənilən sahədə və istənilən vaxt istənilən potensial rəqibə qarşı çevik reaksiya vermək və müdafiə olunmaq qabiliyyətini nümayiş etdirəcək”, - məlumatda deyilir.

Təlimlər yanvarın 13-dən fevralın 26-dək Rumıniya, Bolqarıstan və Yunanıstanda keçiriləcək.