NATO-nun şərqində keçiriləcək təlimlərdə 2,5 mindən çox britaniyalı hərbçi iştirak edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, London NATO-nun təlimlərinə 2 600 əsgər və 730 hərbi maşın göndərəcək.

Britaniya ordusunun 1-ci diviziyası yanvar və fevral aylarında Bolqarıstan və Rumıniyada keçiriləcək “Steadfast Dart 25” təlimində NATO quru qüvvələrinə rəhbərlik edəcək.

Hərbçilər alyansın şərq cinahını gücləndirməyi məşq edəcəklər.