Nəsimi rayonu, Rəşid Behbudov küçəsində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.

Bu barədə Sizinxeber.az-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən yolda sıxlıq yaranıb.

Yol polisi tərəfindən ərazidə hərəkət tənzimlənir.