Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın cənub bürosu xəbər verir ki, hadisə Xanbulan kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.