Dövlət xidmətlərinin göstərilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Sizinxeber.az-nın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər:

Baxşəliyev Vüsal Şahin oğlu

Bəkirov Namiq Zakir oğlu

Əfəndiyev Zaur Məzahir oğlu

Əliyev Semral Adil oğlu

Əlizadə Murad Fərhad oğlu

Həsənzadə Ülvi Mobil oğlu

Verdiyeva Nigar Famil qızı.