Suriyada hakimiyyət dəyişikliyindən sonra 35 mindən çox suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya NTV telekanalının efirində bildirib.

Dekabrın 8-dən dekabrın 29-dək Türkiyədən Suriyaya 35 114 qaçqın qayıdıb. Əsasən Hələbə gündə təxminən 1,7 min insan qayıdıb”, - deyə o bildirib.

O, həmçinin Türkiyənin Dəməşqdəki səfirliyində qaçqınlarla iş üzrə nümayəndəliyin açılmasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə təxminən 2,9 milyon suriyalı qaçqın var.