Tovuzda ölümlə nəticələnən ağır yol qəzası olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ-2106” markalı minik maşını toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.