İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda Asiya ölkəsindəki gündəlik həyatla bağlı məlumatları öyrənir.

27 yaşlı yarımmüdafiəçi Pro Liqasından gələcək sərfəli təklifi qəbul etməyə hazırdır.

Niderlandlı oyunçunun kataloniyalılarla müqaviləsi 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, Frenki de Yonq cari mövsüm "Barselona"nın heyətində 13 oyun keçirib və 1 qol vurub.