Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Sizinxeber.az”un məlumatına görə, avtomobil yolu keçən 1969-cu il təvəllüdlü İsmayılova Rəfiqə Yorulmaz qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.