Xırdalan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

“Sizinxeber.az”un yerli bürosunun məlumatına görə, Xırdalanda yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Yaqub Müseyib oğlu Əliməmmədovu avtomobil vurub.

Yaralı Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.