ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizəd Keyt Kelloq 2025-ci il yanvarın əvvəlində paytaxt Kiyevə səfər edəcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Kelloq Paris və Romaya da səfər etmək niyyətindədir.