Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun kəndlərinin birində, yaşayış evində qeydə alınıb.

Nəticədə ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Dərhal əraziyə FHN-nin Şəmkir Rayon Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub.

Ərazidə yanğın baş verməməsi üçün təhlükəsizlik tədbirləri görülüb.