Zaporojyeyə raket hücumu nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

APA-nın “Unian”a istinadən məlumatına görə, bunu vilayətin Administrasiya rəhbəri İvan Fyodorov açıqlayıb.

O bildirib ki, son olaraq xəstəxanada müalicə alan 74 yaşlı zərərçəkən həkimlərin müdaxiləsinə baxmayaraq, vəfat edib.