Xəbər verdiyimiz kimi, Sumqayıtda “Toyota” və “Honda” markalı avtomobillər toqquşub.

Məsələ ilə əlaqədar TƏBİB-dən APA-ya bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 07.12.2024-cü il tarixində saat 21:20 radələrində 4 nəfər (3 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir.

***
22:13

Sumqayıt şəhərinin Babək küçəsində “Toyota” və “Honda” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər (şəxsiyyətləri dəqiqləşdirilir) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA xəbər verir ki, yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.