Abşeron rayonunda yaşayış kompleksində yanğın olub.

APA xəbər verir ki, yanğın Mehdiabad qəsəbəsində yerləşən "Qarant" yaşayış kompleksinin 7-ci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

İlkin məlumata görə, yanğın qaz sayğacından başlayıb.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.