Azərbaycanın təndir sənətkarlığı və çörək bişirmə üsulu BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə UNESCO məlumat yayıb.

“Qeyri-maddi İrs Siyahısına yeni yazı: Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə”, - UNESCO-dan bildirilib.

Xatırladaq ki, bu günə qədər Azərbaycan mədəniyyətinin 23 elementi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib.