Rusiyaya Yakutiya regionuna asteroid düşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, bu gün Moskva vaxtı ilə saat 19:17-də Yakutiyanın Olekminsk və Lensk qəsəbələri arasında düşüb.

Asteroid düşən zaman parlaq işartılar və uğultu səsi qeydə alınıb. Dağıntı və tələfatın olmadığı bildirilib.

Lensk qəsəbəsində asteroidin düşmə anının video görüntüsü yayılıb.