Kanadanın büdcə kəsiri 2024-2025-ci maliyyə ilinin ilk altı ayında iki dəfədən çox artaraq 13,01 milyard Kanada dollarına (9,28 milyard dollar) çatıb.
“Report”un məlumatına görə, bu barədə "Reuters" Kanada Maliyyə Nazirliyinə istinadən xəbər yayıb.
Departament bildirib ki, proqram xərcləri və borc ödənişləri gəlir artımından daha sürətli yüksəlib.