Rusiya Ukrayna ilə müharibədə həlak olmuş 52 rusiyalı hərbçinin meyitini qaytarıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Saraliev RBK-ya bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna tərəfinə 502 meyiti təhvil verib.