Mərakeşdə Krallıq Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Maghreb Arab Press (MAP) agentliyi məlumat yayıb.

Qəza nəticəsində HHQ-nin polkovniki və təlim keçən daha bir zabit həlak olub.

Bildirilir ki, DA-42 təlim təyyarəsi Ben-Sliman hərbi hava bazasında havaya qalxandan dərhal sonra qəzaya uğrayıb.

Hadisənin səbəblərini müəyyən etmək üçün istintaq komitəsi yaradılıb.