Türkiyənin Bursa şəhərində təlim təyyarəsi qəzaya uğrayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində hər iki pilot ölüb. Qəzanın səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.