Serbiyanın şimalındakı Novi Sad şəhərində dəmiryol vağzalının damı uçub, xəsarət alanlar var.

Sizinxeber.az “RSK”a istinadən xəbər verir ki, hadisə stansiyanın fasadındakı beton konstruksiyanın sütunlarının uçması nəticəsində baş verib.

Bildirilib ki, hadisə yerinə çoxlu təcili tibbi yardım briqadaları, polis və yanğınsöndürənlər cəlb olunub.