Gəncə şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, oktyabr ayının 28-də Gəncə şəhərində "Mercedes Sprinter" markalı avtomobil tərəfindən vurulan piyada, 1988-ci il təvəllüdlü Vasif Əliyev almış olduğu bədən xəsarətlərindən müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.