Hacıqabul sakinini ilan sancıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qarasu kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Əhmədov Zamir Oruc oğlu ərazidə iş görərkən onu ilan sancıb.

Z.Əhmədov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilan zəhərinə qarşı zərdab vurulub.

Zərərçəkən xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.