Oktyabrın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbula səfər edəcək.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Lavrovun Türkiyəyə səfərinin məqsədi İstanbulda keçiriləcək 3+3 Regional Əməkdaşlıq Platformasının iclasında iştirak etməkdir.

Zaxarova qeyd edib ki, ölkəsi 3+3 regional əməkdaşlıq formatına Cənubi Qafqazda və Orta Şərqdə dayanıqlı sülh və sabitliyə nail olunması üçün səylərin əlaqələndirilməsinin effektiv mexanizmi, ticarət-iqtisadi, nəqliyyat-logostika, mədəniyyət-humanitar sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığın inkişafı üçün imkanlar kimi baxır.

Rusiya XİN sözçüsü onu da bildirib ki, İstanbulda məlum tədbir çərçivəsində Lavrovun ikitərəfli görüşləri də planlaşdırılıb.